Gələn il su və işıq pulu artacaq? - RƏSMİ

07 Noyabr, 2017 14:28 | Sosial | Baxış sayı: 437
İşıq
İşıq

Nazir açıqlama verdi

Gələn il dövlət büdcəsində "Azərişıq"ASC-yə 55 mln. manat ssuda verilməsi, "Azərsu" ASC-yə isə 22 mln. manat vəsait ayrılması nəzərə tutulur. Bu da əsasən tarif strukturları ilə bağlıdır. 

Bunu maliyyə naziri Samir Şərifov deyib. 

"Tarifləri artıra bilmrik, çünki, bu, əhalinin maddi güzəranına bilavasitə təsir edir. Bu isə həmin qurumların maliyyə vəziyyətinə mənfi təsir göstərir. Ona görə də, çalışmalıyıq ki, kompromis variant tapaq". /report/