Bakı 4K televiziya yayımına keçir

07 Noyabr, 2017 11:04 | Sosial | Baxış sayı: 353
 4K televiziya yayımı
4K televiziya yayımı

4K nədir?

“Növbəti illərdə HD yayımdan sonra 4K televiziya yayımının tətbiqinə keçiləcək”. Bunu Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin direktoru Mikayıl Abbasov AzTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, 2018-ci ildə artıq Bakı şəhərində HD yayım ilə bərabər, 4K yayımına başlanması nəzərdə tutulur. 

Qeyd edək ki, 4K rəqəmsal televiziyada və kompüter qrafikasında yeni və daha keyfiyyətli yayımdır. Bu yayıma yalnız 4K formatlı televizorlarda baxmaq mümkündür.

Bu ilin sonuna qədər Bakıda alternativ teleqüllədə  istismara veriləcək. Mikayıl Abbasovun sözzlərinə görə, tikinti işlərinin 80 faizi artıq yekunlaşıb: “İlin sonuna qədər həmin teleqüllədən yayım imkanı əldə ediləcək. Üç aydan bir profilaktika işləri görülməlidir. Bu işlər görüləndə əhali arasında haqlı narazılıq olur. Həmin gün efir tam boş qalır. Milli Televiziya və Radio Şurası bununla bağlı bizə haqlı iradlarını bildirib. Bu olmasın deyə alternativ teleqüllə vasitəsilə profilaktik iş aparılarkən Bakı və Abşeron yarımadasında yayımı tam şəkildə həyata keçirə biləcəyik./report/