Bakının mərkəzi küçələri bağlanır

07 Oktyabr, 2017 11:26 | Sosial | Baxış sayı: 59
Yol təmiri
Yol təmiri

Yollarda yeni cizgilər çəkiləcək

Bu gecə də Bakının bəzi mərkəzi yolları bağlanacaq. "Azəravtoyol"dan İstiPress-ə verilən məlumata görə, İstiqlaliyyət küçəsində və Neftçilər prospektində rənglənmə işləri davam etdiriləcək.

Yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi davam etdirilir.

Belə ki, bu gün axşam saat 22:00-dan etibarən Səbail rayonu, İstiqlaliyyət küçəsində, həmçinin 24:00-dan etibarən Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişmədən Yusif Səfərov küçəsi ilə kəsişməyədək olan hissəsində yeni üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

"Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq".