Dərsliklərin paylanması başa çatıb

07 Sentyabr, 2019 15:13 | Sosial | Baxış sayı: 55
Dərslik
Dərslik

Təminatda çətinlik yaranıbsa məktəb rəhbərliyinə məlumat verin

Bütün ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş dərsliklərin paylanılması ilə bağlı başlanmış işlər başa çatdırılıb. Dərsliklərin şagirdlərə paylanılması sentyabrın 6-da yekunlaşıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov bildirib ki, müraciət edən bütün valideynlər sentyabrın ilk günlərində müvafiq dövlət ümumtəhsil məktəbindən dərslikləri əldə ediblər.

Bu, tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə imkan verir və uşaqların yeni dərsliklərlə ilkin tanışlığına, ilk dərs gününə daha həvəslə hazırlaşmalarına zəmin yaradır. Hər hansı səbəbdən dərsliklərlə təminatda çətinlik yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir.