Bu kənd işıqsız qalacaq

07 Sentyabr, 2019 15:00 | Sosial | Baxış sayı: 88
Elektrik enerjisi
Elektrik enerjisi

"Məhəmmədi-1" elektrik verilişi xəttində yenidənqurma işləri aparılacaq

Bakının Abşeron rayonunun Məmmədli kəndində işıq kəsiləcək."Azərişıq" ASC-dən verilən məlumata görə, kəndin bir hissəsini elektrik enerjisi ilə qidalandıran 110/35/10 kVt-luq "Zabrat" yarımstansiyasından çıxan 10 kVt-luq "Məhəmmədi-1" elektrik verilişi xəttində aparılacaq yenidənqurma işləri ilə əlaqədar 09 sentyabr 2019-cu il tarixində kəndin bəzi ərazilərində istehlakçıların elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.