Sabah hava necə olacaq?

07 Sentyabr, 2017 11:45 | Sosial | Baxış sayı: 176
Buludlu hava
Buludlu hava

İntensiv yağış gözlənilir

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 25-28° isti, Bakıda gecə 21-23°, gündüz 25-27° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əsasən yağmursuz keçəcək.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 28-33°, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.