Bu gündən hava soyuyur - yağış, dolu, külək olacaq

07 Sentyabr, 2017 08:40 | Sosial | Baxış sayı: 326
Yağışlı hava
Yağışlı hava

Temperatur 7 dərəcə aşağı enir

Bu gündən ölkə ərazisində hava şəraiti dəyişir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən İstiPress-ə verilən məlumata görə, bir neçə gün davam edən isti hava şəraitindən sonra sentyabrın 7-si gündüzdən 8-i səhərədək Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi gözlənilir. 

Mülayim cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Axşama doğru bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Bəzi rayaonlarda yağışın intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.