Suda boğulmuş tələbənin meyiti tapıldı

07 Avqust, 2020 15:45 | Sosial | Baxış sayı: 79
Suda boğulmaq
Suda boğulmaq

Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlunun axtarışları başa çatıb.

İstiPress Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, X.Salayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlu Kür çayında çimərkən boğulub. Məlumata görə, X.Salayev Şirvan Humanitar Kollecinin tələbəsidir.