Rusiyada koronavirusun dərmanı patentləşdirildi

07 Avqust, 2020 10:04 | Sosial | Baxış sayı: 46

Rusiyanın Federal Tibbi-Bioloji Agentliyi “Leytraqin” preparatının patentini alıb.

İstiPress-in məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verir.

FTBA-nın biotibbi texnologiyalar elmi mərkəzinin alimləri müəyyən ediblər ki, ilkin adı “dalargin” olan dərman toxumaların sağalması və regenerasiyası proseslərində aktiv iştirak edir.

Bundan başqa, bu sinfə daxil olan maddə immun cavabının təşkilində də aktiv rol oynayaraq koronavirus infeksiyası olan xəstədə ağır respirator və ümumi sistem pozulmalarına gətirib çıxaran “sitokin hücumunun” - iltihab yaradan maddələrin təsiri azalda, yaxud da onu dəf edə bilir.

Qeyd edilir ki, preparat koronavirusun ağırlaşmasının qarşısını almağa və ya yüngülləşdirməyə qadirdir.