Nazirlik: Koronavirusa yoluxmuş məhbusların hamısı sağalıb

07 Avqust, 2020 15:26 | Sosial | Baxış sayı: 15
Həbsxana - ARXİV
Həbsxana - ARXİV

“Bugünkü günə qədər koronavirusa yoluxmuş məhkumlar arasında vəziyyəti ağırlaşmış məhbus olmayıb, hamısı sağalıb”.

İstiPress-in məlumatına görə, bunu Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi müavini İftixar Qurbanov deyib.

Onun sözlərinə görə, koronavirusa ilk yoluxma halı şəhər xəstəxanasından çıxarılan məhkumda rast gəlinib: “Təmas halı orda baş verib. Bundan sonra bütün təmasların nəzarətdə saxlanılmasına başlanılıb”.

O bildirib ki, məhbuslar arasında yoluxma halı ictimaiyyətə mütəmadi çatdırılır: “Məhbuslar arasında tək-tək yoluxma halı var. Koronavirusa yoluxma halı aşkarlandıqda dərhal karantin təmin olunur və həmin şəxsin müalicəsi və müayinəsi tətbiq olunur. Bugünkü günə qədər koronavirusa yoluxmuş məhkumlar arasında vəziyyəti ağırlaşmış məhbus olmayıb, hamısı sağalıb”.