İki azyaşlını cərəyan vurdu, biri öldü

07 Avqust, 2020 16:32 | Sosial | Baxış sayı: 63
Elektrik cərəyanı
Elektrik cərəyanı

Qəbələdə 4 yaşlı uşağı elektrik cərayanı vuraraq öldürüb. Hadisə rayonun Yemişənli kəndində baş verib.

Kənd sakinləri 2016-cı il təvəllüdlü Rəsul Elimdar oğlu Daşdıyev və onun qardaşını qonşularına məxsus həyətdə elektrik cərəyanı vurub. Nəticədə 4 yaşlı Rəsul Daşdıyev hadisə yerində ölüb, qardaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Son illər bölgələrdə müntəzəm olaraq valideyin məsuliyyətsizliyi ucbatından nəzarətsiz qalan azyaşlılar faciəli şəkildə həlak olur.