Azərbaycanın ən çox yoluxmuş şəhəri - STATİSTİKA

07 Avqust, 2020 10:46 | Sosial | Baxış sayı: 128
Bakıda karantin
Bakıda karantin

Azərbaycanda koronavirusa yoluxma sayının bölgələr üzrə statistikası açıqlanıb.

İstiPress-in məlumatına görə, hələ də liderlik Bakıdadır. Lakin son günlər paytaxta düşən pay artaraq 56,3 faiz olub. Ötən aylarda bu rəqəm 49-51 faiz arası dəyişirdi.

İkinci ən çox yoluxma 16 faizlə Abşeron bölgəsindədir. Daha sonra Aran 9.4, Gəncə-Qazax 6.7, Lənkəran 4.5, Quba-Xaçmaz 1.9, Dağlıq Şirvan 1.7, Şəki-Zaqatala 1.5, Yuxarı Qarabağ 1 faizdir.

Ölkə xaricindən gələnlərdə virusa yoluxma 0,8 faizdir. Ölkənin Naxçıvan Muxtar Respublikasında isə aktiv koronavirus xəstəsi yoxdur. Burda göstərici 0 faizdir.