Bakıda yolların qeyri-adi boya ilə rənglənməsi başlandı FOTOLAR

07 Avqust, 2019 12:21 | Sosial | Baxış sayı: 208
Yolda rəngləmə işləri
Yolda rəngləmə işləri

Boyaya xüsusi şüşə kürəcikləri də əlavə edilir

Paytaxtın inzibati ərazisindəki yol kəsişmələrində nişanlanma xətləri, xüsusən də eyni səviyyəli piyada keçidlərinin iki komponentli boya ilə əvəzlənməsinə başlanılıb. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, məqsəd, yol hərəkəti təhlükəsizliyi səviyyəsini artırmaqdır. Yeniliyin tətbiqi ilə piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini daha yaxşı təmin etmək mümkün olacaq.

İki komponentli boyaların əsas üstünlükləri aşağıdakılardır:

Yüksək işıqqaytarıcılıq keyfiyyəti. İşıqqaytarıcılığın artırılması üçün boyaya xüsusi şüşə kürəcikləri də əlavə edilir. Bu da həm günün qaranlıq saatlarında, həm də görüntünün məhdud olduğu pis hava şəraitində yol nişanlamalarının daha görünən olmasına imkan verir.

Uzun müddətli qalıcılıq. İki komponentli boyalar daha qalın olur və soyuq boyaya nisbətən uzun müddət keyfiyyətini itirmir.

Daha asan yuyula bilən olması.

Artıq 14 küçə və prospektdə qeyd edilən işlər yekunlaşdırılıb. Ümumilikdə son 4 ay ərzində agentlik tərəfindən 107 küçə və prospektdə eyni səviyyəli piyada keçidləri yenilənib.