Rusiyadan daha 250 Azərbaycan vətəndaşı gətirildi

07 İyul, 2020 16:32 | Sosial | Baxış sayı: 100
Rusiyadan gələn Azərbaycan vətəndaşları
Rusiyadan gələn Azərbaycan vətəndaşları

Bu gün Azərbaycana Rusiya tərəfdə qalan 250 nəfər soydaşımız gətirilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, iki ölkə arasındakı razılaşmaya əsasən Qusarın Rusiya-Azərbaycan sərhədində yerləşən Samur buraxılış məntəqəsindən sərhədçilər tərəfindən Azərbaycana buraxılan vətəndaşlarımızı TƏBİB-in Qusar və Xaçmaz rayon mərkəzi xəstəxanalarının Publik Hüquqi Şəxslərin baş direktorları Mübariz Zeynalov və Səyyaf Tağıyev qarşılayıb.

Qusar rayon mərkəzi xəstəxanasının tibbi personalı tərəfindən Rusiyadan gələn vətəndaşlarımızdan koronavirusa qarşı lazımi analizlər götürülüb. Ölkəyə daxil olan soydaşlarımızın aralarlnda onkoloji və diğər ağır xəstələr olarsa, Xaçmaz rayon mərkəzi xəstəxanasına aparılacaqlar. Qalan vətəndaşlar isə FHN-nin Samur buraxılış məntəqəsindəki qəbul məntəqəsinə karantinə alınacaqlar.