Bakı Slavyan Universitetinin kafedra müdiri koronavirusdan dünyasını dəyişdi

07 İyul, 2020 10:45 | Sosial | Baxış sayı: 92

Bakı Slavyan Universitetinin (BSU) Rus dili kafedrasının müdiri, dosent Könül Qasımova koronavirusdan vəfat edib.

İstiPress-in məlumatına görə, bu barədə BSU-nun prorektoru Xanım Sultanova məlumat yayıb.

Prorektor deyib: “Hamı kədər içindədir. Cox ağır dərddir. Bütün BSU əhlinə başsağlığı verirəm. Allah sənə rəhmət eləsin, Könül! Tanrı dünyamızı qorusun!”.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Naqif Nəbiyev də bir müddət öncə koronavirus səbəbindən dünyasını dəyişib.