Həftəsonu səyahətə hazırlaşanlara hava XƏBƏRDARLIĞI

07 İyul, 2018 09:09 | Sosial | Baxış sayı: 98
Hava
Hava

Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək

Həftəsonu hava küləkli və yağmurlu olacaq. İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə, ötən günlərlə müqayisədə havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

Böyük və Kiçik Qafqaza səyahət edənlərin nəzərinə çatdırılır ki, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 26-31, dağlıq rayonlarda isə 23-28 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında günəşli hava şəraiti olacaq. İyulun 07-də qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu 35-40 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 35-40 dərəcə  isti təşkil edəcək.

Paytaxtda yağmursuz hava şəraiti müşahidə olunacaq. İyulun 07-dən iyulun 08-i gündüzədək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.

Küləkli hava şəraiti dənizdə yüksək dalğalanma yaradacaq ki, bununla əlaqədar əhalini çimərliklərdə ehtiyatlı olmağa çağırırıq.