Bakıda yeni avtobus açıldı

07 İyul, 2018 12:13 | Sosial | Baxış sayı: 129
“BakuBus” avtobusları
“BakuBus” avtobusları

Avtobus Zirə-Mərdəkan arası işləyəcək

Bakıda yeni marşrut xətti açıldı. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Zirə–Mərdəkan qəsəbələri istiqamətində başlanğıc dayanacaq məntəqəsi Zirə qəsəbəsi (Ə.Babayev küçəsi, məscid), son dayanacaq məntəqəsi isə Mərdəkan qəsəbəsi (S.Yesenin küçəsi 106) olmaqla 152 nömrəli müntəzəm marşrut xətti fəaliyyətə başlayıb.

Yeni marşrut xəttinin təşkil edilməsi ilə bağlı qərar, sakinlər adından Xəzər rayonu Zirə bələdiyyəsinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınmaqla qəbul edilib. 

Marşrut xətti boyunca Yol Hərəkətinin Təşkili şöbəsi tərəfindən əraziyə baxış keçirilib və zəruri dayanacaq məntəqələrinin yerləri müəyyənləşdirilərək müvafiq tədbirlər görülüb.

Yeni xəttin marşrutu
Yeni xəttin marşrutu