"Azərişıq"ın rəislərindən biri işini dəyişdi

07 İyul, 2018 14:11 | Sosial | Baxış sayı: 306
"Azərişıq" ASC-nin loqosu
"Azərişıq" ASC-nin loqosu

"Biz yerimizi dəyişdik"

"Azərişıq" ASC-nin Qusar rayon şöbəsində kadr dəyişikliyi olub. İstiPress-in Şimal bürosunun məlumatına görə, şöbənin rəisi İntiqam Əbilov vəzifəsindən azad edilib. O, mərkəzi aparata işə aparılıb.

İntiqam Əbilovu isə mərkəzdən gəlmiş Rəhman Səmədov əvəzləyib.

İ.Əbilov işdən getməyinin səhhəti ilə əlaqəli olduğunu deyib: "Sadəcə xahiş etdim Rəhman Səmədovla yerimizi dəyişdik".

Rəis iş yerini dəyişməsinin məlum qəza ilə bağlı olmadığını da deyib.