Babək prospektində yenə problem - yol qazılır

07 İyun, 2019 16:38 | Sosial | Baxış sayı: 74
Babək prospekti
Babək prospekti

Bu dəfə də su borusunda sızma başlayıb

Babək prospektində su sızması baş verib. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, Babək prospekti 56 ünvanında (Maşın bazarının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-nə məxsus su xəttində qəza baş verib. Baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı işlərinə başlanılır.

Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xatırladaq ki, babaək prospekti bir ilə yaxın davam edən təmirdən sonra ötən ilin dekabrında istifadəyə verilmişdi. Təmirdən sonra da adıçəkilən prospektdə bir necə dəfə çöküntülər baş verib.