Gürcüstan sərhədlərini iyulun 1-də açmağa hazırlaşır

07 May, 2020 15:55 | Sosial | Baxış sayı: 100

Qonşu ölkələrlə quru sərhədlərdə təhlükəsizlik dəhlizlərinin yaradılacaq

Gürcüstan quru və hava sərhədlərini iyulun 1-də açmağı planlaşdırır.

İstiPress-in məlumatına görə, bu barədə ölkənin iqtisadiyyat və turizm naziri Natia Turnava məlumat verib.

Onun sözlərinə görə, bu tarix xarici turistlərin qəbuluna başlanacağı tarixlə üst-üstə düşəcək.

Nazir qonşu ölkələrlə quru sərhədlərdə təhlükəsizlik dəhlizlərinin yaradılacağını da deyib: “Bu istiqamətdə işlər aparılır. Bu dəhlizlər vasitəsilə turistlər Gürcüstana və Gürcüstandan səfərə yollanacaqlar”.

N.Turnava aviauçuşların bərpası üzrə şirkətlərlə danışıqların aparıldığını da qeyd edib.