Ermənistanda koronavirusdan ölənlərin sayı 42-yə çatdı

07 May, 2020 10:52 | Sosial | Baxış sayı: 23
Koronavirus testi
Koronavirus testi

Virusa yoluxanların sayı 2 884-ə yüksəlib

Ermənistanda daha 102 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər ölüb.

İstiPress-in məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2 884-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 42-yə çatıb. 

Bundan başqa, indiyədək 1 185 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,8 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 265 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.