Azərbaycanda daha 77 nəfər koronavirusa yoluxdu, 15 nəfər sağaldı

07 May, 2020 17:14 | Sosial | Baxış sayı: 128
Koronavirus
Koronavirus

625 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı Azərbaycan Respublikasında 77 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 15 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. 

İstiPress-ə bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 2204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1551 nəfər müalicə olunaraq sağalmış, 28 nəfər vəfat etmiş, 625 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 175.910 test aparılmışdır.