Məktəb və bağçaların lisenziya rüsumu ləğv edilir

07 May, 2019 11:56 | Sosial | Baxış sayı: 63
Bağça
Bağça

Hazırda lisey üçün 10 000 manat rüsumu ödəməlidir

Dövlət məktəbəqədər təhsil müəssisələri və dövlət ümumi təhsil müəssisələrinə lisenziya verilməsinə görə dövlət rüsumu alınmayacaq. Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklər bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Hazırda qüvvədə olan qanun layihəsinə görə, məktəbəqədər təhsil müəssisələri lisenziya verilməsinə görə 1 250 manat, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) isə 10 000 manat dövlət rüsumu ödəməlidirlər.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.