Bakıda gənc qız özünü 10-cu mərtəbədən atmaq istədi

07 May, 2019 16:55 | Sosial | Baxış sayı: 84

Əraziyə polis, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili yardım həkimləri cəlb olunub

Bakının Xətai rayonunda gənc qız özünü binadan atmaq istəyib.

IstiPress Baku.Ws-ə istinadən xəbər verir ki, saat 14:30-da Şıxlınski 29-42 ünvanında yerləşən hündürmərtəbəli binanın 10-cu mərtəbəsindən gənc qız intihar etmək istəyib. 

Bu barədə Xətai rayon Polis İdarəsi 35-ci polis bölməsinə məlumat verilib. Dərhal əraziyə polis, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili yardım həkimləri cəlb olunub.

Gənc qız keçirilən psixoloji danışıqlardan sonra xilas edilib.
Faktla bağlı 35-ci polis bölməsində araşdırma aparılır.