Üç bölgədə buraxılış imtahanı keçirilir

07 Aprel, 2019 11:15 | Sosial | Baxış sayı: 51
Şagirdlər imtahan verir
Şagirdlər imtahan verir

27 min 659 şagird imtahan verir

Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirir.

İstiPress-ə Mərkəzdən verilən məlumata görə, ümumilikdə 27659 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlayıb.