Bakıda yeni növ nəqliyyat vasitəsi - yollar tikiləcək

07 Aprel, 2019 18:43 | Sosial | Baxış sayı: 227
Velosiped yolu - Rio-de-Jeneyro, Braziliya
Velosiped yolu - Rio-de-Jeneyro, Braziliya

Bakı Nəqliyyat Agentliyində anons

“Əhalinin velosiped sürməyə artan marağını, bunun insanların sağlamlığı və ətraf mühitinin mühafizəsi baxımından əhəmiyyətini nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən uyğun infrastrukturun yaradılması üçün tədbirlər görülür”. 

İstiPress-in məlumatına görə, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə paytaxtda “Az avtomobil, çox həyat” devizi altında keçirilən veloyürüşdə iştirak edən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. 

“Məsələ agentliyin 3 illik fəaliyyət planına da daxil edilib. Mövcud nəqliyyat şəraiti nəzərə alınmaqla paytaxtda velosiped yollarının təşkili nəzərdə tutulub. Bununla yanaşı, Böyük Şor gölü ətrafında Atletlər kəndinin ətrafını da əhatə edəcək 18 km-lik velosiped yolunun təşkil edilməsi də nəzərdən keçirilir”, - deyə M.Ağayev bildirib.