Bakıda 10 yaşlı uşağın ağciyərindən elə şey çıxdı ki...FOTOLAR

07 Aprel, 2018 11:28 | Sosial | Baxış sayı: 659
Qurd kistası
Qurd kistası

Gördükləri həkimləri belə şoka saldı

Bakıda 10 yaşlı uşağın ağciyərindən nəhəng ölçülü qurd kistası çıxdı.  İstiPress-in məlumatına görə, bunu Mərkəzi Klinikanın uşaq cərrahı və urologiya üzrə mütəxəssis Fuad Hüseynov bildirib. 

Onun sözlərinə görə, uzun müddətdir öskürəyi keçməyən,artıq tənginəfəslik başlayan uşağa aparılan müayinələr zamanı məlum olub ki, sol ağciyər alt payını tamamilə tutan təqribən 12-13 sm ölçüdə kista mövcuddur. Bu halda da uşaq sol ağciyərinin bir qismini itirmək təhlükəsi ilə üz-üzə qalıb.

"Lakin cərrahi əməliyyatla nəhəng ölçülü qurd kistasını tamamilə çıxardıq. Sevindirici hal o oldu ki,texniki olaraq bizim üçün çətin oldu. Amma uşaq ağciyərini itirmədi, qoruya bildik".  

Belə iri kistanın yaranmasına səbəb isə heyvanlarla həddindən artıq yaxın ünsiyyət olub. Həkimin sözlərinə görə, ailəsi uşağın  daimi ev heyvanları ilə kontaktda olduğunu bildirib. 

Fuad Hüseynov
Fuad Hüseynov