Təhsil Nazirliyi vaxt qoydu - saat 24:00-dək

07 Fevral, 2020 14:06 | Sosial | Baxış sayı: 169
Təhsil Nazirliyi
Təhsil Nazirliyi

Bu gün fevralın 1-dən başlayan prosesin son günüdür

Fevralın 7-də tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatır. Bu prosesə bu gün saat 24.00-da yekun vurulacaq.

Qeyd edək ki, sözügedən prosesə fevralın 1-dən start verilib.

Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. 2016-cı ildən fəaliyyətə başlayan portal vasitəsilə 2019-cu ilədək ümumilikdə 5959 tələbənin köçürülməsi həyata keçirilib

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.