İçərişəhərdə partlayış olub, xəsarət alanlar var - FOTO

07 Fevral, 2020 18:40 | Sosial | Baxış sayı: 129

Hadisə ikimərtəbəli binada baş verib

Bakı şəhəri, Səbail rayonu ərazisində, İçərişəhərdə partlayış olub.

İstiPress-in məlumatına görə, partlayış nəticəsində 5 nəfər yanıq xəsarətləri alıb.

partlayışda xəsarət alanlardan 2 nəfərinin vəziyyəti yüngül olduğundan onlar ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.

Hazırda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsində 3 nəfərin müalicəsi davam etdirilir.

Qeyd edək ki, hadisə ikimərtəbəli binada baş verib. Hadisə İlyas Əfəndiyev küçəsi, 10 ünvanında qeydə alınıb.