Bakıda aptek sahibi borclarına görə intihar etdi

07 Fevral, 2020 17:15 | Sosial | Baxış sayı: 206

Özünə məxsus aptekdə dərman içərək özünü öldürüb

Bakıda aptek sahibi, həkim Sənan Həsənov intihar edib.

İstiPress-in məlumatına görə, 49 yaşlı S.Həsənov bu gün Yasamal rayonunda yerləşən özünə məxsus aptekdə dərman içərək özünü öldürüb.

Məlumata görə, S.Həsənovun dərman biznesi ilə bağlı çoxlu borcu yaranıb və son vaxtlar pulu qaytara bilmədiyi üçün depressiyaya düşüb. İlkin ehtimala görə, S.Həsənov bu səbəbdən intihar edib.