Bakı metrosundan xəbərdarlıq - FOTO

07 Fevral, 2019 16:38 | Sosial | Baxış sayı: 185
Bakı metrosu
Bakı metrosu

Təmirin may ayına qədər yekunlaşdırılması nəzərdə tutulub

"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 2 saylı eskalator əsaslı təmirə dayandırılıb. 

İstiPress-ə bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

Məlumata görə, bu təmir işləri qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün və eskalatorların istismar qaydalarına uyğun olaraq aparılır.

Eskalatorun əsaslı təmirinin may ayına qədər yekunlaşdırılması nəzərdə tutulub. Bu müddət ərzində sərnişinlər digər eskalatordan istifadə edə biləcəklər.

Nəqliyyat qurumu müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyib. 

"Həzi Aslanov" metro stansiyası
"Həzi Aslanov" metro stansiyası