Həkimlər ölünü diriltdilər

06 Dekabr, 2019 11:07 | Sosial | Baxış sayı: 134
Həkim
Həkim

6,5 saat ürəyi dayanan qadın yünidən həyata qayıdıb

İspaniyada tibb işçiləri unikal işə imza atıblar. Onlar düz 6 saat dayanan ürəyi yenidən işlədə biliblər.

İspanyanın "La Vanguardia" qəzetinin məlumatına görə, 34 yaşlı Ordi Maş adlı qadın həyat yoldaşı ilə Nuria şəhəri yaxınlığında dağ yürüüyüşünə çıxıb. Onu həyat yoldaşı da müşayiət edib. Lakin qar fırtınası onların geri dönməyinə imkan verməyib.

3 saat sonra xilasedicilərin taparaq xəstəxanaya aparılan qadının donvurmadan öldüyü düşünülüb. Belə ki, onun bədən temperaturu 20,2 sentqral dərəcəyə kimi düşüb, 6,5 saat ürəyi dayanıb. Buna baxmayaraq iki həkim onu həyata geri qaytara bilib.  

Xəstəxanaya ölmüş adı ilə gətirilən qadın 11 gün sonra oradan öz ayaqları ilə çıxıb. Həkimlərin sözlərinə görə, qadının barmaqlarında  koordinasiya pozğunluğu və uyuşması var. Donvurma onun orqanizmində heç bir başqa  ziyan qoymayıb. 

Maraqlıdır ki, Maşın özü yrüşüy günü baş verən heç nəyi xatırlamadığını deyib.