Bakıda bu avtobusun da yolu dəyişdi

06 Dekabr, 2019 09:22 | Sosial | Baxış sayı: 94
Yeni avtobus
Yeni avtobus

592 saylı xətt yeni marşrutuna bu gündən başlayır

Əliçıraq yaşayış massivinin sakinlərinin çoxsaylı xahişlərini və Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gələn sərnişinlərin sıxlığını nəzərə alaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti 592 saylı marşrut xəttinin hərəkət trayektoriyasını dəyişdib. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, 592 saylı marşrut xəttini Əliçıraq yaşayış massivindən başlayaraq Mehdiabad bazarı, 5 nömrəli orta ümumtəhsil məktəbi, Abşeron Gənclər Şəhərciyi, Binəqədi "Mərkəz", "Xırdalan dairəsi" olmaqla son dayanacağını Bakı Beynəlxalq Avtovağzal Kompleksində yekunlaşdıracaq.

Bu gündən müvafiq başlanılacaq və artıq 592 saylı xəttin yeni istiqamətdə hərəkət edən marşrutu "592A" adı ilə sərnişinlərə xidmət edəcək.