Qaz evi partlatdı - 43 yaşlı kişi ağır, qonaq qadın yüngül yaralandı

06 Dekabr, 2018 19:31 | Sosial | Baxış sayı: 205
Güclü partlayış
Güclü partlayış

Yaralının Bakıya - yanıq mərkəzinə göndərilməsi üçün hazırlıq işləri görülür

Xaçmazda qazdan partlayış olub.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə Xaçmazın Xudat şəhərinin Əlağa Vahid küçəsində yerləşən evlərin birində baş verib. Həmin evdə yaşayan 43 yaşlı Davud Vaqif oğlu Əlimuradov yanıq xəsarətlərilə təcili yardım vasitəsilə şəhər xəstəxanasına, oradan da dərhal Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hazırda vəziyyəti çox ağır olan 43 yaşlı Davud Əlimuradovun Bakıya - yanıq mərkəzinə göndərilməsi üçün hazırlıq işləri görülür. Xəstəxanaya partlayış zamanı müraciət edən Sumqayıt sakini, ailəyə qonaq gəlmiş 56 yaşlı Qətibə Teymurovanın xəsarəti isə yüngüldür.

Hadisəyə mənzildəki qaz plitəsinin sönməsinin səbəb olduğu deyilir. Hazırda Xaçmaz qaz istismarı idarəsinin Xudat sahəsinin, Xaçmaz polis şöbəsinin Xudat bölməsinin, rayon prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparır.