Azərbaycanda dəhşətli ailə dramı - döyüldü, söyüldü, saçları kəsildi

06 Dekabr, 2018 13:55 | Sosial | Baxış sayı: 177
Döyülən qadın
Döyülən qadın

Qadının atası nəvələrinə görə şərt qoydu: "Tez ərə verəcəyik, rədd olub getsinlər "

Azərbaycanda daha bir qadın ailə zorakılığının qurbanı olub. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sığınacağının rəhbəri Kəmalə Ağazadə bildirib.

Onun sözlərinə görə, qadın 14 ildir evlidir. Bu müddət ərzində əri tərəfindən dəhşətli işgəncələrə, o cümlədən döyülmə, təhqir və saçlarının kəsilməsinə məruz qalıb. 

Qadın iki azyaşlı qızı ilə ötən gün sığınacağa yerləşdirilib. "Artıq ikinci dəfədir ki, qadın uşaqlarını da götürüb bizim sığınacağa pənah gətirir. Bir tək arzusu var ki, uşaqları oxusun.

Atası deyir ki, boşanıb kəndə, bizim yanımıza bir şərtlə qayıdarsan ki, burada uşaqlarını oxutmayacaqsan. Tez bir zamanda ərə verəcəyik, rədd olub getsinlər ".