Ermənilər Bakı konfeti yeyir

06 Dekabr, 2017 12:45 | Sosial | Baxış sayı: 254
Azərbaycana göndərilməsi planlaşdırılan konfetlər
Azərbaycana göndərilməsi planlaşdırılan konfetlər

İrəvanda yaşayanlar Azərbaycan almasından sonra, indi də konfetimizə dadanıblar

Ermənistanda ciddi "çp" olub. İrəvandakı mağazlardan birində Azərbaycan istehsalı olan konfetlərin satıldığı üzə çıxıb.

İstiPress-in məlumatına görə, bu barədə “Aravat” qəzeti yazıb. Müəllifin sözlərinə görə, Ermənistanda Azərbaycan məhsullarının tapılması ilə bağlı ilk hal deyil. Hələ aprel ayında paytaxtda Azərbaycandan gətirilən almaların satıldığı üzə çıxmış, bu məsələ ətrafında böyük səs-küy düşmüşdü. 

Qəzet yazır: “Azərbaycan almaları və konfetləri  gətirənlər saxlanılıb və cinayət məsuliyyətinə cəlb ediliblər? Amma onlar yaxşı zövqü olan insanlardırlar. Heç bir cəza, təhdidə baxmayaraq Azərbaycanın dadlı alma və konfetlərini əldə edirlər”.