Hava isinir

06 Noyabr, 2019 12:47 | Sosial | Baxış sayı: 72
Payız
Payız

Sabah bəzi yerlərdə temperatur 22 dərəcəyə çatacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 7-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 15-18, Bakıda gecə 10-12, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 17-22, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.