Bakıda erməni mahnısı oxudub maşın sürdülər VİDEO

06 Noyabr, 2019 11:30 | Sosial | Baxış sayı: 420
Bakı Şəhər Baş Polis İdarəsi
Bakı Şəhər Baş Polis İdarəsi

Maşında çəkdiyi videonu sosial şəbəkələrdə yayan saxlanılıb

Bakıda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə sosial şəbəkələrdə avtomobilin içərisində erməni mahnısı səsləndirən şəxsin kimliyi müəyyən olunaraq saxlanılıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, faktla bağlı müvafiq olaraq araşdırmalar aparılır, təfərrüatları öyrənilir.