Azərbaycana dərman gətirmək asanlaşır?

06 Noyabr, 2019 13:00 | Sosial | Baxış sayı: 39
Dərman qutusu
Dərman qutusu

Səhiyyə Nazirliyi yeni təkliflər hazırlayıb

Səhiyyə Nazirliyi Azərbaycana idxal olunan dərmanların qeydiyyatının və gömrük prosedurunun sadələləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb. Səhiyyə nazirinin müavini Elsevər Ağayevin sözlərinə görə, Azərbaycana idxal olunan dərmanların qeydiyyatının və gömrük prosedurunun sadələləşdirilməsi ilə bağlı qanunvericilikdə dəyişikliklərin aparılması nəzərdə tutulur. Artıq təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

Qeyd edək ki, Baş nazirin müavini Əli Əhmədov ölkəyə idxal olunan dərman vasitələrinin ilk olaraq qeydiyyatı və gömrük rəsmiləşdirilməsi şərtlərinin sadələşdirilməsinin vacibliyini bildirmişdi.