Milyonlarla müsəlman olan şəhərdə namaz qadağası

06 Noyabr, 2018 11:15 | Sosial | Baxış sayı: 136
Namaz
Namaz

Dəstəmaz almaq üçün olan kranlar möhürləndi

Milyonlarla müsəlmanın yaşadığı Hindistanda, daha doğrusu Tac Mahalda namaz qılmaq qadağan edilib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ötən il kənardan gələn müsəlmanların burada cümə namazı yasaqlanmışdı. Bu barədə qərar isə Ali məhkəmə tərəfindən qəbul edilib. İndi də bütün namazlarla bağlı qadağa qərarı verilib. 

Məhkəmənin bu qərarından sonra Arxeoloji Araşdırma Qrupu məbəd ərazisində olan dəstəmaz yerlərini də möhürləyib. Lakin məhkəmənin bu qərarı birmənalı qarşılanmayıb. 

Lakin bu qərar birmənalı qarşılanmayıb. Namaz qadağasını müsəlmanlara qarşı atılan addım kimi dəyərləndirənlər də olub. Tac Mahalın İntizam Komitəsinin rəhbəri Seyid İbrahim Hüseyn açıqlama verərək uzun illərdir burada namaz qıldığını, bu qadağa üçün hansısa səbəbin olmadığını bildirib.

Aqra nümayəndəsi Vasant Svarankarın sözlərinə görə, bu qərarı məhkəmə qəbul edib və məbəddə sadəcə yerlilər cümə namazına qatıla bilər.

Qadağanın səbəbləri ilə balı heç bir açıqlama verilməyib. 

Tac Mahal
Tac Mahal