Metronun bu stansiyası da bağlanır

06 Noyabr, 2018 09:14 | Sosial | Baxış sayı: 106
Bakı metrosu
Bakı metrosu

Məhdydiyyət hər gün axşam 17:00-a kimi olacaq

Bu gündən Bakının daha bir metro stansiyasının fəaliyyəti məhdudlaşdırılır. Hər gün saat 8:20-dən saat 17:00-a qədər, yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət qoyulacaq.

Bakı metropolitenindən verilən məlumata görə, məhdudiyyət tətbiq edilməsində məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etməkdir. 

Xatırladaq ki, hazırda "Xətai" stansiyası da təmir işləri ilə əlaqədar fəaliyyət göstərmir.