Bu həftə üç gün iş yoxdur

06 Noyabr, 2018 10:13 | Sosial | Baxış sayı: 224
Təqvim
Təqvim

Cümə günü ölkə ərazisində Bayraq günü qeyd eidləcək

Əmək Məcəlləsinin 105-ci (Bayram günləri) maddəsinin və Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərarına əsasən, noyabrın 9-u qeyri-iş günüdür.  Həmin gün ölkədə Dövlət Bayrağı günü qeyd ediləcək.

Bu, həftənin cümə gününə təsadüf edir. Noyabrın 10-u şənbə, 11-i bazar gününə təsadüf etdiyindən ölkədə ardıcıl 3 gün qeyri-iş günü olacaq.

Noyabrın 12-də Konstitusiya günü, 17-də isə Milli Dirçəliş günü qeyd edilsə də, həmin günlər iş günü hesab olunur.