Şəxsiyyət vəsiqələri bu tarixdən dəyişdiriləcək

06 Noyabr, 2017 18:52 | Sosial | Baxış sayı: 733
Şəxsiyyət vəsiqəsini alan oğlan
Şəxsiyyət vəsiqəsini alan oğlan

 Azərbaycanda vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələri 2019-cu ilin yanvarın 1-dən veriləcək.

İstiPress-in məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik edilir.

Şəxsiyyət vəsiqələrinin 2018-ci il yanvarın 1-də verilməsi planlaşdırılsa da, texniki problemlərlə əlaqədar müddət uzadılıb.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

Yeni şəxsiyyət vəsiqəsi
Yeni şəxsiyyət vəsiqəsi