Qar, leysan geri qayıdır - XƏBƏRDARLIQ

06 Noyabr, 2017 12:53 | Sosial | Baxış sayı: 1306
Qarlı hava
Qarlı hava

Havanın temperaturu 6° aşağı enəcək

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə, noyabrın 7-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 9-13° isti, gündüz 16-19° isti, Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava şəraiti gündüz əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Milli Hidrometeorologiya Departament xəbərdarlıq edir ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 8-i qərb rayonlarından başlayaraq 10-u axşamadək havanın qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.