570 min manat xərclənib yarımçıq qalan məktəb

06 Noyabr, 2017 19:58 | Sosial | Baxış sayı: 333
Zərqava kənd məktəbi
Zərqava kənd məktəbi

Qubanın Zərqava kənd məktəbindən yenə xəbər var.  Amma xəbər ürəkaçan deyil. Bir neçə ildir bərpasına başlanılan və istifadəyə verilməsi gecikən Zərqava məktəbində işlər tikinti təşkilatı yarımçıq qoyub getdiyindən yerli sakin və nümayəndəliyin qüvvəsilə 1-ci mərtəbədəki sinif otaqları hazlr vəziyyətə gətirilib. Yerli icra nümayəndəliyindən bildirilmişdi ki, uzağı oktyabrın sonuna şagirdlər 1-ci mərtəbədəki hazır sinif otaqlarına köçürüləcəklər. Amma bu da baş tutmayıb.

Hazır olan 1-ci mərtəbəyə inventar-parta və skamyalar gətirilmədiyindən uşaqlar sentyabrın 15-dən yenə də qəzalı, hər an uça bilən köhnə klub binasında dərs keçməyə məcburdurlar. Bu barədə büromuza Zərqava kənd sakinləri olan valideynlər məlumat verib.

Onların sözlərinə görə, qış aylarında bu binada dərs keçmək mümkün olmayacaq, çünki binanın hər yeri uçuq-sökükdür, odun sobalarılə qızdırmaq mümkün deyil.

Zərqava məktəbinin bərpasına Nazirlər Kabineti tərəfindən 570 min manat vəsait ayrılıb, binanın 2-ci mərtəbəsi və fasad hissə də hazır deyil. Məktəbin bərpasını aparan tikinti təşkilatının rəhbəri Nadir Quliyevdən soruşanda ki, "ayrılan vəsait hara xərcləndi ki, bina yarımçıq qalıb?" - bildirdi ki, məktəbə.

Ümumiyyətlə, bu başıbəlalı məktəblə bağlı kənddə valideyn və sakinlərin çox narahstlığı var. Məsələ ilə bağlı Qubanın icra başçısı Yaşar Məmmədovla həmişə olduğu kimi, əlaqə saxlamaq mümkün olmadı. 

Aytəkin Alxaslı / İstiPress

Zərqava kənd məktəbi
Zərqava kənd məktəbi
Zərqava kənd məktəbi
Zərqava kənd məktəbi
Zərqava kənd məktəbi
Zərqava kənd məktəbi