"BakuBus"ın avtobusunda həyəcanlı anlar - Sərnişinlər ölümdən döndü - VİDEO

06 Oktyabr, 2017 12:54 | Sosial | Baxış sayı: 469
Bakubus-da hadisənin baş verdiyi an
Bakubus-da hadisənin baş verdiyi an

ncaq sürücünün peşəkarlığı nəticəsində bu baş vermir

Bakıda avtomobil sərnişin avtobusunun yoluna çıxaraq qəza şəraiti yaradıb.

İstiPress xəbər verir ki, qəflətən "Baku Bus" avtobusunun qarşısına çıxan maşın qəzadan avtobus sürücüsünün ayıq-sayıqlığı nəticəsində yayınıb. Baş verənlər sərnişin avtobusuna quraşdırılmış təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb.

Sözügedən kadrları "BakuBus" MMC nin mətbuat və ictimaiyyətlə əlqələr şöbəsinin rəhbəri Mansur Piriyev Facebook səhifəsində paylaşıb.

"Yol hərəkəti iştirkçılarının, sərnişinlərin ictimai nəqliyyata, avtobus sürücülərinə olan münasibətlərini, baxışlarını dəyişməyin vaxtı çoxdan çatıb. Xüsusilə fərdi avtomobil sürücüləri, taksilər ictimai nəqliyyat vasitələrinə maneə yaratmamalı, hətta onun normal hərəkəti üçün şərait yaratmalıdırlar. Bütün rəsmi qaydalardan əlavə, ən azı içərisində daha çox insanın olduğunu nəzərə alaraq avtobusun hərəkətinə öncəlik verməlidirlər. Ancaq təəssüf ki, bəzən avtomobil sürücüləri, xüsusilə taksilər avtobusa yol vermir, önünə keçir və ya dayanacağını zəbt edirlər.  Sürücü və sərnişinlər arasında baş verən insidentlərin səbəblərindən biri də budur. Əksər sərnişinlər isə bu cür hadisələr zamanı yaranmış vəziyyətdə bütün günahları avtobus sürücüsündə görürlər. Məsələn, təqdim olunan bu videoda avtobus sürücüsü ani olaraq əyləci basmasa qəza hadisəsi baş vercək və xeyli sərnişin yaralanacaqdı. Ancaq sürücünün peşəkarlığı nəticəsində bu baş vermir. Həmin sürücü ilə bağlı isə onlarla şikayəti daxil olur və sürücünün cəzalandırılması tələb olunur. Real vəziyyət, hadisənin nədən baş verməsi isə sanki həmin sərnişinlərə maraqlı deyil. 
Təbii ki, araşdırma aparılır və videogörüntüyə baxdıqdan sonra sürücünün günahsız olduğunu görürük və təəssüf ki, yenə də bəzi sərnişinlərə izah etmək olmur ki, burada sürücünün günahı yoxdur. Hətta dəvət edib videogörüntüləri əyani şəkildə nümayiş etdirsək belə".