Bakının mərkəzi yolları bağlanır

06 Oktyabr, 2017 09:57 | Sosial | Baxış sayı: 167
Xəritə
Xəritə

Böyük prospektdə rəngləmə aparılacaq

Bu gün Bakının bəzi mərkəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. "Azəravtoyol"dan İstiPress-ə verilən məlumata görə, bu gecə Niyazi küçəsində və Neftçilər prospektində rənglənmə işləri aparılacaq.

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.

Belə ki, bu gün axşam saat 22:00-dan etibarən Səbail rayonu, Niyazi küçəsində, həmçinin Neftçilər prospektinin Azneft dairəsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində yeni üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.