Aşura günü qan verən bəzi şəxslərdə xəstəlik aşkarlandı

06 Oktyabr, 2017 19:45 | Sosial | Baxış sayı: 120
qanvermə
qanvermə

Təhlükəli infeksiyaların aşkarlandığı qan yandırılacaq

Azərbaycanda Aşura günü qan verən 3827 nəfərdən 122-nin qanında infeksiyalar aşkarlanıb.

Bu barədə KİV-ə Səhiyyə Nazirliyi B. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.

O bildirib ki, 3 nəfərdə HİV, 81 nəfərdə hepatit, 38 nəfərdə isə sifilis infeksiyaları aşkar olunub.

Direktor qeyd edib ki, təhlükəli infeksiyaların aşkarlandığı qan yandırılacaq.

Xatırladaq ki, Aşura günü ilə bağlı Azərbaycanda keçirilən aksiyada 3827 insan qan verib. Qanvermə aksiyası nəticəsində 1722,3 litr qan toplanıb. Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə qanvermə aksiyası ümumilikdə Bakıda və regionlarda 17 məscid və ziyarətgahı əhatə edib.