Gələn ildən bəzi müəllimlərin maaşı artacaq

06 Sentyabr, 2017 14:45 | Sosial | Baxış sayı: 144
Müəllim
Müəllim

2018-ci il yanvarın 1-dən etibarən artırılacaq

2017-ci ilin aprel və may aylarında keçirilən diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əməkhaqqı isə 2018-ci il yanvarın 1-dən etibarən artırılacaq.

İstiPress-in xəbərinə görə, bu barədə Milli.Az-a Təhsil Nazirliyindən məlumat veriblər.

Qeyd edilir ki, 2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunub.

Bununla da əməkhaqqının artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70 faizini əhatə edib.