Bakıda 88 yaşlı qadın koronavirusdan sağaldı

06 Avqust, 2020 10:05 | Sosial | Baxış sayı: 32
Həlimə Zeynalova və həkimi
Həlimə Zeynalova və həkimi

Bakıda 88 yaşlı qadın koronavirusdan sağalıb.

İstiPress-in məlumatına görə, Bakıdakı modul tipli xəstəxanada koronavirusdan müalicə alan Həlimə Zeynalova 2 həftə əvvəl Covid-19 diaqnozu ilə daxil olub və müalicələr nəticəsində infeksiyaya qalib gəlib. Həlimə Zeynalovanın koronavirusla yanaşı xəstəliyi olmayıb.

H.Zeynalovanın gəlini Nübar Əliyeva da onunla eyni xəstəxanada müalicə alıb.